Beynəlxalq alkoqollu içkilər yarışmasında “Johnnie Walker”in qızıl yağışı - FOTO

“Johnnie Walker”, yarışmaya qoşulmuş bütün markalarının qızıl medal qazanması ilə öz 200 illik yubileyini qeyd etməyə davam edir.
Dünyanın 1 nömrəli Şotland viskisi olan “Johnnie Walker” nu sahədə nüfuzlu sənaye mükafatları təqdim edən “International Spirits Challenge” (Beynəlxalq Alkoqollu İçkilər Yarışması) – ISC-ə qoşulduğu 6 markanın hər biri qızıl medala yiyələnərək, misilsiz qələbə qazandı.
Bu qələbə, brendin qurucusu olan John Walker-in, Şotlandiyada kiçik bir dükan açması ilə əsasını qoyduğu “Johnnie Walker”i dünya markasına çevirməsinin 200-cü il dönümünə təsadüf edir.
“Johnnie Walker“ viskiləri beynəlxalq yarışmalarda davamlı olaraq yaxşı nəticələr göstərsələr də, ISC-nin 25 illik tarixində “Johnnie Walker” ilk dəfədir ki, yarışmaya qatıldığı bütün markalar ilə qızıl medallara sahib çıxır.
ISC, dünyanın ən nüfuzlu alkoqollu içki yarışlarından biridir. O, dünyanın bir çox qabaqcıl alkoqollu içki istehsalçıları tərəfindən beynəlxalq keyfiyyət və mükəmməllik standartı kimi qəbul olunur.
“Johnnie Walker” adından bu ilki yarışmada iştirak edən bütün markaların – “Johnnie Walker Red Label”, “Johnnie Walker Black Label”, “Johnnie Walker Double Black”, “Johnnie Walker Green Label”, “Johnnie Walker Gold Label Reserve” və “Johnnie Walker Blue Label” – hər biri qızıl medala yiyələndi.
Bu son qalibiyyətlər “Şotland Viski Cəmiyyəti”nin təqdim etdiyi “Şotland Viskisi Peşəkarları” müsabiqəsi tərəfindən “Johnnie Walker Blue Label”ın dünyanın ən yaxşı “Blended” (qarışıq) Şotland viskisi seçilməsinin ardından gəldi. Hakimlərdən biri – hörmətli viski şərhçisi Karen Taylor qeyd edir: “Ətrindən dadına və hər qurtumun tamına qədər hər şey ilk andan hiss olunan mükəmməlliyi təcəssüm etdirirdi və getdikcə bu hiss daha güclənirdi. Bu, heç bir yaş ifadəsi olmayan viskinin həqiqi keyfiyyəti təmin edə biləcəyinə bir nümunə idi”.
“Johnnie Walker”in Qlobal Brend Direktoru Julie Bramham deyir: “Bu prestijli tədbirdə qazandığımız qızıl medalların John Walker-in 1820-ci ildə əsasını qoyduğu “Johnnie Walker”in 200 illiyini qeyd etdiyimiz zamana təsadüf etməsi möhtəşəm bir detaldır. Bu qələbə fantastik bir müvəffəqiyyətdir və biz bu qalibiyyəti bu yolda uzun illərdir bizimlə birlikdə addımlayanlarla qeyd etməyə səbrsizlənirik.
Bu bizim yaratdığımız keyfiyyətə və bütün viskilərimizin tutarlılığını və keyfiyyətini məharətlə idarə edən və qoruyan “Master Blender” Jim Beveridge-ə və onun rəhbərlik etdiyi viski istehsalatında mütəxəssis olan kiçik qrupumuza sadiqliyimizin sübutdur.
“Johnnie Walker”, bu inanılmaz 200 illiyi qeyd etmək üçün bu yaxınlarda eksklüziv “Red Label”, “Black Label”, “Gold Label” və “Blue Label” daxil olmaqla dörd “məhdud 200 illik yubiley buraxılışı” şüşələrinin Azərbaycan bazarında satışa çıxarıldığını elan etdi.
Reklam hüququnda