Küçədə daha 47 koronavirus xəstəsi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Küçədə daha 47 koronavirus xəstəsi saxlanılıb

17:56 - 17 / 12 / 2020
Küçədə daha 47 koronavirus xəstəsi saxlanılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 16-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Onlardan 42 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə, 5 nəfər isə xəstəxanaya qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 28 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər