Bakını bəzi küçə və prospektlərində sürət həddi endirildi - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakını bəzi küçə və prospektlərində sürət həddi endirildi - SİYAHI

10:11 - 23 / 12 / 2020
Bakını bəzi küçə və prospektlərində sürət həddi endirildi - SİYAHI

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Qafar Ağayev 

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər