Qusarda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

17:06 - 11 / 01 / 2021
Qusarda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinə yanvar ayının 9-da gecə saatlarında rayonun Həzrə kəndi ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal obyektə baxış keçirilib, mağazadan 200 manat pul, danışıq kartları, tütün məmulatı, spirtli içki və geyim əşyaları oğurlandığı müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunmuş Q.Qaçayev qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər