Magistratura ilə bağlı sənəd qəbulu nə zaman başlayacaq? - Açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistratura ilə bağlı sənəd qəbulu nə zaman başlayacaq? - Açıqlama

16:24 - 14 / 01 / 2021
Magistratura ilə bağlı sənəd qəbulu nə zaman başlayacaq? - Açıqlama

Magistratura imtahanları ilə bağlı sənəd qəbulunu yanvarın 30-na qədər başlamaq istəyirik, lakin bu, ölkədəki karantin rejimindən asılı olacaq.

1news.az-a məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, imtahanlarla bağlı məlumat dəqiqləşdirildikdən sonra veriləcək: “Keçən il müəyyən imtahanlarla bağlı razılıq verilmişdi, sonra vəziyyətlə əlaqədar imtahan keçirə bilmədik. Ona görə tam məlumat olandan sonra həmin tarixləri açıqlayacağıq”

Qafar Ağayev 

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər