Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub - FOTO

12:53 - 25 / 01 / 2021
Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub - FOTO

Sabunçu Rayon İdarəsinin 42-ci Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb., istintaq tədbirləri davam etdirilir.

Qafar Ağayev

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər