Prezident İlham Əliyev yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO

12:47 - 28 / 01 / 2021
Prezident İlham Əliyev yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub. Hər iki məktəbdə yeni korpusların tikintisi və təmir-bərpa işləri Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may tarixli Sərəncamına əsasən həyata keçirilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, bu təhsil ocağının 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülərək onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları, 2 yeməkxana yaradılıb. Bu təhsil ocağında 2006-cı ildə inşa edilən 288 şagird yerlik tədris korpusu və idman zalı da əsaslı təmir edilib.

Məktəb üçün yeni qazanxana, nasosxana, hər birinin tutumu 100 kubmetr olan 2 yeraltı su anbarı inşa edilib, həyətyanı sahədə abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri görülüb.

X X X

Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbdə yaradılan şəraitlə də tanış oldu.

Məlumat verildi ki, təhsil ocağının 1937-ci və 1970-ci illərdə inşa edilən iki korpusu sökülüb. Onların yerində 264 şagird yerlik dördmərtəbəli yeni müasir korpus tikilib. Eyni zamanda, 2007-ci ildə ibtidai siniflər üçün inşa edilən korpus əsaslı təmir olunub. Yeni tikilən və əsaslı təmir edilən korpuslarda zəruri tədris avadanlığı və vəsaiti ilə təchiz olunmuş sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kitabxana, yeməkxana, idman və akt zalları var.

Həyətyanı sahəsində geniş abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri aparılan məktəb üçün yeni qazanxana, nasosxana və yeraltı su anbarları inşa edilib.

Qeyd edək ki, məktəblərin tikintisi və əsaslı təmiri Azərbaycanda həyata keçirilən sosial infrastruktur layihələri içərisində xüsusi yer tutur. Çünki təhsil sahəsində keyfiyyət dəyişiklikləri üçün sistemli yanaşma var və maddi-texniki bazanın təkmilləşdirilməsi yenidənqurma işləri ilə paralel aparılır.

Görülən işlər bir daha sübut edir ki, hətta pandemiyanın dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərinə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır.

1news.az

Paylaş:
849

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər