“ASAN xidmət”in mərkəz direktoru vəzifəsindən azad edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət”in mərkəz direktoru vəzifəsindən azad edildi

11:25 - 08 / 02 / 2021
“ASAN xidmət”in mərkəz direktoru vəzifəsindən azad edildi

"ASAN xidmət"də kadr dəyişikliyi edilib. 

1news.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Tağı Tağızadə vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

T.Tağızadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır. Hansı vəzifəyə təyin edilməsi ilə bağlı isə məlumat verilməyib.

32 yaşlı T.Tağızadə 2018-ci ildən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru olub.

O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb.

1news.az

Paylaş:
854

Son xəbərlər

Bütün xəbərlər