“YAŞAT” Fondu 1 qazinin və 2 şəhid anasının əməliyyat xərclərini ödədi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“YAŞAT” Fondu 1 qazinin və 2 şəhid anasının əməliyyat xərclərini ödədi – FOTO

11:17 - 09 / 02 / 2021
“YAŞAT” Fondu 1 qazinin və 2 şəhid anasının əməliyyat xərclərini ödədi – FOTO

"YAŞAT" Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, qazimiz Elgün Cənnətlinin, şəhidimiz Xalid Məcdunovun anası Xalidə Məcdunovanın, şəhidimiz Rəşad Şiriyevin anası Səadət Şiriyevanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

S.Xankişiyeva

 

 

Paylaş:
848

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər