Ermənistanda mətbuata təzyiqlər artır | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda mətbuata təzyiqlər artır

13:57 - 11 / 02 / 2021
Ermənistanda mətbuata təzyiqlər artır

Ermənistan mətbuatı bundan sonra Azərbaycanla həmsərhəd Sünik vilayətinin bölgələri barədə xəbər yazmaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətindən xüsusi razılıq almalıdır.

1news.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Xidmətin yerli mətbuata ünvanladığı müraciətində deyilir.

Müraciətdə qeyd olunur ki, mətbuat nümayəndələri sərhədyanı bölgələr barədə yazmazdan əvvəl Milli Təhlükəsizlik Xidmətinə yazılı müraciət etməli olacaqlar.

1news.az

Paylaş:
1178

Son xəbərlər

Bütün xəbərlər