Bu günün statistikası: 226 nəfər COVID-19-dan sağalıb, 191 nəfər yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 226 nəfər COVID-19-dan sağalıb, 191 nəfər yoluxub

15:07 - 12 / 02 / 2021
Bu günün statistikası: 226 nəfər COVID-19-dan sağalıb, 191 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3 173 nəfər vəfat edib, aktiv xəstə sayı 2 322 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 260, ötən müddət ərzində isə ümumilikdə 2 485 483 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
578

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər