İqtisadi Şuranın fəaliyyət istiqamətləri müəyyənləşib | 1news.az | Xəbərlər
Rəsmi

İqtisadi Şuranın fəaliyyət istiqamətləri müəyyənləşib

16:35 - 12 / 02 / 2021
İqtisadi Şuranın fəaliyyət istiqamətləri müəyyənləşib

Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri müəyyənləşib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında ƏSASNAMƏdə Şuranın fəaliyyət istiqamətləti aşağıdakı kimi göstərilir:

- ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;

- makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;

- iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;

- iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.

S.Xankişiyeva

 

Paylaş:
812

Son xəbərlər

Sabahın havası açıqlandı

13 / 09 / 2025, 12:56
Bütün xəbərlər