Rusiya və Ermənistan Xarici işlər nazirləri görüşəcək
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan fevralın 17-də Moskvaya səfər edəcək.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
Qeyd olunub ki, nazir qısamüddətli işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Görüş zamanı müzakirə olunacaq əsas məsələlər 2020-ci il 10 noyabr və 2021-ci il yanvar bəyanatlarının icrası, humanitar yardım və digər məsələlər olacaq.
Bundan başqa, ATƏT Minsk qrupu həmsədrlərinin xətti ilə iş planı nəzərdən keçiriləcək.
1news.az
949