Türkiyə Prezidenti Qərbi sərt tənqid etdi | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Prezidenti Qərbi sərt tənqid etdi

17:50 - 15 / 02 / 2021
Türkiyə Prezidenti Qərbi sərt tənqid etdi

Əgər biz NATO çərçivəsində əməkdaşlığımızı davam etdirəcəyiksə, o zaman terrorçuların yanında yer almamalısınız.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında PKK terrorçuları tərəfindən 13 türk vətəndaşının qətlə yetirilməsi ilə bağlı ABŞ və Qərb ölkələrinin mövqe bildirməməsini şərh edərkən deyib.

O, Qərbi terrorçuları dəstəkləməkdə ittiham edib:

"Bəs siz PKK-nın, YPG-nin, PYD-nin yanında deyildiniz? Yanındasının və arxalarında dayanmısınız. Ölən günahsızların qanı terror təşkilatına sahib çıxan, dəstək verən, hər kəsin əlinə bulaşıb. Terror təşkilatlarının təbliğat vasitəsinə çevrilmiş sosial şəbəkələrin hər biri 13 silahsız insanın qətlində məsuliyyət daşıyır".

1news.az

Paylaş:
511

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər