“Terrorla “mübarizə aparan” ölkələr PKK-nın qətliamına səssiz qalıb” | 1news.az | Xəbərlər
Siyasət

“Terrorla “mübarizə aparan” ölkələr PKK-nın qətliamına səssiz qalıb”

17:56 - 15 / 02 / 2021
“Terrorla “mübarizə aparan” ölkələr PKK-nın qətliamına səssiz qalıb”

Bu iki gün ərzində terrorla "mübarizə aparan" ölkələrin PKK-nın qətliamına səssiz qaldıqlarını, ya da müxtəlif bəhanələr gətirdiklərini müşahidə edirik. 

1news.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 13 Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsinə münasibət bildirərkən deyib. 

"Əlbəttə, şəhidlərimizin qanı yerdə qalmayacaq", - deyə nazir vurğulayıb. 

Qeyd edək ki, dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Qara əməliyyat bölgəsində PKK/YPG-ya qarşı apardığı "Pəncə Qartal-2" hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının meyitinin aşkarlandığını bildirib. Altı il əvvəl girov götürülən həmin şəxslər arasında Türkiyənin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları da var.

1news.az

Paylaş:
514

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər