İlham Əliyev: Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk

14:23 - 16 / 02 / 2021
İlham Əliyev: Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk

Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Qoşulmama Hərəkatında şərəfli missiya olan sədrliyi üzərimizə götürəndə mən dedim ki, Azərbaycan öz fəaliyyətində, atdığı addımlarda beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Biz işğal illəri ərzində İndoneziya tərəfindən Azərbaycana davamlı dəstəyin göstərilməsinə görə xüsusilə minnətdarıq. İndoneziya BMT Baş Assambleyası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dəstək xarakterli qətnamələrə həmişə qoşulmuşdur və Azərbaycanın haqq işini dəstəkləmişdir. Bu dəstək uzun illər ərzində nümayiş etdirilmişdir və münaqişənin həlli üçün bizim mövqeyimizi, çox möhkəm hüquqi bazanın yaradılması prosesini gücləndirmişdir. Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat vermişdir. Biz buna görə sizə çox minnətdarıq. Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy olduqlarını ifadə etmiş və dəstəyini bildirmişdir".

S.Xankişiyeva

Paylaş:
296

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər