Dünya universitetlərinin dərsliyi Azərbaycan dilində nəşr olundu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya universitetlərinin dərsliyi Azərbaycan dilində nəşr olundu

15:30 - 16 / 02 / 2021
Dünya universitetlərinin dərsliyi Azərbaycan dilində nəşr olundu

Azərbaycan Beynəlxalq Bankı daha bir korporativ sosial məsuliyyət layihəsini cəmiyyətə təqdim edib. Layihə çərçivəsində Massaçusetst Texnologiya İnstitutunun professoru Conatan Qruberin “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabı Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Bu, Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır.

Yüksək keyfiyyətlə nəşr olunmuş kitabın nüsxələrini Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə fəaliyyət göstərən bütün universitetlərə, eləcə də mərkəzi kitabxanalara hədiyyə edəcək. Dövlət maliyyəsi və dövlət siyasəti mövzusu ilə maraqlanan hər bir oxucu dərslikdən faydalana biləcək.

Professor Conatan Qruberin adı çəkilən kitabı bu mövzu üzrə ən mükəmməl dərsliklərdən sayılır. Kitabdan dünyanın aparıcı universitetlərində tədris zamanı fundamental mənbə kimi geniş istifadə edilir. Dərslik müasir dövrün reallıqlarına aid dərin təhlillərlə, maraqlı faktlarla zəngindir. Burada öz əksini tapmış nəzəri yanaşmalar, praktik həllər, əsaslı dəlillər dövlət maliyyəsi və dövlət siyasəti ilə bağlı dolğun təsəvvür yaradır.

Azərbaycan Beynəlxalq Bankı kimi böyük biznes qurumunun bu faydalı təşəbbüsü ölkəmizdə dərslik bazasının sürətlə yenilənməsinə, yeni peşəkarlar nəslinin yetişməsinə, beynəlxalq təcrübənin cəmiyyətimiz üçün daha da əlçatan olmasına xidmət edir. Ana dilimizdə bu cür faydalı resursların formalaşdırılması qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı işinə də əhəmiyyətli dəstəkdir.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycan Beynəlxalq Bankı müasir dövlət bankı olaraq dövlətimizin həyata keçirdiyi sosial layihələrdə, iqtisadiyyata dəstək tədbirlərində yaxından iştirak edir. Cəmiyyətimizdə dövlət maliyyəsi üzrə bilik səviyyəsinin genişlənməsi sosial-iqtisadi transformasiya proseslərinin öz məqsədinə çatması baxımından son dərəcə faydalıdır. Ona görə biz də məhz bu fundamental dərsliyin tərcümə və nəşrinə qərar verdik. Ümid edirik ki, bu kitab universitetlərimizdə müasir tələblərə uyğun kadr hazırlığı işinə, elm və təhsilin inkişafına kömək göstərəcək. Eləcə də sosial-iqtisadi həyatın iştirakçıları arasında münasibətlərin tənzimlənməsinə fayda verəcək. Azərbaycan Beynəlxalq Bankı belə layihələri bundan sonra da davam etdirmək niyyətindədir”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
384

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər