Vüqar Nadirov MFL-ə direktor təyin olunub | 1news.az | Xəbərlər
İdman

Vüqar Nadirov MFL-ə direktor təyin olunub

15:38 - 16 / 02 / 2021
Vüqar Nadirov MFL-ə direktor təyin olunub

Veteran futbolçu, vaxtilə Azərbaycan Premyer Liqasında müxtəlif klubların və Azərbaycan milli komandasının heyətində çıxış etmiş Vüqar Nadirov MFL-in direktoru təyin olunub.

1news.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat veriblər.

Fəaliyyətə başladığı gündən MFL tərəfindən istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub və MFL qısa müddət ərzində həvəskar futbolçuların böyük marağına səbəb olan layihələr həyata keçirib.

Təsisçilərin ümumi yığıncağında Vüqar Nadirovun direktor vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur.

1news.az

Paylaş:
1128

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər