Dünyada son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

09:31 - 16 / 02 / 2021
Dünyada son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 332 mindən çox artıb.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 332 360 nəfər yeni koronavirusa yoluxub, 9 691 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 108 579 352, ölənlərin isə 2 396 408 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər