Azərbaycan Prezidenti Belarusun yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Belarusun yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB

14:19 - 16 / 02 / 2021
Azərbaycan Prezidenti Belarusun yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Andrey Ravkov deyib:

- Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti, icazə verin, Sizi salamlayım. Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun etimadnamələrini Sizə təqdim etməyi özümə şərəf sayıram. Bu etimadnamələrlə o, mənə Belarus Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi son dərəcə məsuliyyətli bir missiyanı etibar edir. Sizə bildirirəm ki, əvvəlki səfir Gennadi Vladimiroviç Axramoviç işini başa çatdırıb və Belarus Respublikasına gedib.

Səfiri salamlayan Prezident İlham Əliyev deyib:

-Sağ olun. Sizi Azərbaycanda salamlayıram, vaxtınızın xoş keçməsini və fəal iş arzu edirəm. Mənim fikrimcə, iş çox olacaq. Ona görə ki, bizim dövlətlərarası münasibətlərin gündəliyi yetərincə genişdir, çox sahələri əhatə edir. Son illərdə biz həm siyasi, həm iqtisadi sahələrdə, həm də sənaye kooperasiyası sahəsində fəal qarşılıqlı işlər görmüşük. Əlbəttə, bu cür fəal qarşılıqlı işləri davam etdirmək niyyətindəyik.

Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya malik olduğunu göstərir. Ali səviyyədə tez-tez əlaqə saxlamağımız, qarşılıqlı səfərlər, əlbəttə, münasibətlərimizin inkişafına böyük təkan verir və biz əməkdaşlığın yaxşı nümunələrini görürük. Bu, ticarət sahəsinə də aiddir. Hərçənd, pandemiya ilə əlaqədar təbii ki, bütün ölkələrdə ümumi daxili məhsulun və əmtəə dövriyyəsinin azalması müşahidə olunur. Buna baxmayaraq, düşünürəm ki, pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik. Bütövlükdə pandemiyadan əvvəlki son illərdə bizim ticari-iqtisadi münasibətlərin çox fəal dinamikası, idxal və ixrac etdiyimiz malların çeşidinin genişlənməsi müşahidə olunurdu.

Əlbəttə, sənaye kooperasiyası əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var. Biz hətta üçüncü ölkələrin bazarlarına birlikdə çıxırıq. Fikrimcə, bu istiqamətdə əlavə addımlar atılacaq. Uzun illər boyu uğurla həyata keçirilən hərbi-texniki əməkdaşlıq mühüm sahədir. Biz hərbi-texniki əməkdaşlığın potensialını artırmaqla, o cümlədən yüksək texnologiyalar sahəsində də əməkdaşlıq edirik. Beləliklə, gündəlik yetərincə genişdir. Əminəm ki, Azərbaycanda olduğunuz müddətdə siz qarşılıqlı fəaliyyətin potensialını daha da artırmaq üçün bu məsələlərlə fəal məşğul olacaqsınız. Əlbəttə, biz əvvəl olduğu kimi, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. Əminəm ki, belə çoxtərəfli və çoxplanlı birgə fəaliyyət bundan sonra da ölkələrimizin yaxınlaşmasına şərait yaradacaq. Sizə uğurlu iş və Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

Səfir Andrey Ravkov: Sağ olun, cənab Prezident. İcazə verin, ilk növbədə, Sizə Aleksandr Qriqoryeviç Lukaşenkonun ən səmimi salamlarını və xoş arzularını çatdırım, Azərbaycan Respublikasının Prezidenti, onun dostu kimi həm ikitərəfli formatda, həm də beynəlxalq məkanlarda Belarus Respublikasına göstərdiyiniz dəstəyə görə Sizə onun səmimi təşəkkürünü bildirim.

Belarus Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü həmişə bütün məsələlərdə və ardıcıl olaraq dəstəkləyib. Biz atəşkəs barədə bəyanat imzalanması və

Azərbaycanın əzəli torpaqlarını öz tərkibinə qaytarması xəbərini böyük ruh yüksəkliyi ilə qarşıladıq.

Hörmətli cənab Prezident, Siz tamamilə düzgün olaraq dediniz ki, dövlət rəhbərləri arasında dostluq və yüksək səviyyədə əlaqələr bu inkişafın, qarşılıqlı münasibətlərin möhkəmlənməsinin rəhnidir. Belarus da bunda maraqlıdır.

Dövlət başçısı Belarus Prezidentinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.

11:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edib.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Paylaş:
484

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər