Azərbaycanlı gənc BMT-nin Terrorla Mübarizə Agentliyinə yüksək vəzifəyə təyinat alıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı gənc BMT-nin Terrorla Mübarizə Agentliyinə yüksək vəzifəyə təyinat alıb

12:21 - 16 / 02 / 2021
Azərbaycanlı gənc BMT-nin Terrorla Mübarizə Agentliyinə yüksək vəzifəyə təyinat alıb

BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri vəzifəsində çalışan Vüqar Allahverdiyev BMT-nin Terrorla Mübarizə Agentliyində Proqram Meneceri vəzifəsinə təyin edilib.

Trend-in məlumatına görə, o, BMT-nin Azərbaycandakı nümayəndəliyində, eləcə də Nyu-York şəhərindəki baş qərargahında müxtəlif məsul vəzifələrdə çalışıb. Peşə fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayan Vüqar Allahverdiyev 2014-cü ildən bu günədək BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri və BMT-nin Əhali Fondunda müxtəlif vəzifələrdə çalışıb.

Həmvətənimiz BMT-nin Terrorla Mübarizə Agentliyinə təyinat almış ilk Azərbaycan vətəndaşı olaraq qurumdakı vəzifəsi çərçivəsində terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama rəhbərlik edəcəkdir.

Proqramın məqsədi hava və su nəqliyyatı vasitəsilə terrorçuların marşrut istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin bu cür səyahətlərin qarşısının alınması üzrə BMT-yə üzv ölkələrdə İKT əsaslı infrastrukturun yaradılması və bu sahə üzrə beynəlxalq əməkdaşlığın təminatıdır.

Proqramın növbəti 3 il müddətində BMT-yə üzv olan 50-dən artıq ölkədə tətbiq edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, BMT-nin Terrorla Mübarizə Agentliyi qlobal səviyyədə terrorizm və ekstrimizmə qarşı mübarizə sahəsində ölkələrin potensialının gücləndirilməsi və bu istiqamət üzrə beynəlxalq əməkdaşlığın əlaqələndirilməsini təmin edir.

S.Xankişiyeva

Paylaş:
257

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər