Fevralın 21-dən hava yenidən dəyişəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın 21-dən hava yenidən dəyişəcək

15:41 - 18 / 02 / 2021
Fevralın 21-dən hava yenidən dəyişəcək

Yaxın günlərdə havanın temperaturu tədricən 3-4 dərəcə yüksələcək. Lakin fevralın 21-dən ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir.

1news.az xəbər verir ki, bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, peyk məlumatlarına əsasən, Aralıq dənizi üzərində yeni siklon yaranmaqdadır. Həmin bu siklonun fevralın 20-də günün ikinci yarısında yaxınlaşması proqnozlaşdırılır:

"Buna görə də fevralın 21-də və fevralın 22-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir. Respublikanın əsasən, dağlıq və dağətəyi bölgələrində yağıntılar qar şəklində olacaq. Bakıda isə yağıntı, əsasən, yağış şəklində olacaq".

Paylaş:
608

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər