HHQ-nin aviasiya vasitələri yeni tədris ilində ilk praktiki uçuşları icra edir - FOTO - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.
Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.


.jpg)


617