Qarlı havada qaz kəsilsə bu nömrəyə zəng edin | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarlı havada qaz kəsilsə bu nömrəyə zəng edin

17:56 - 11 / 03 / 2021
Qarlı havada qaz kəsilsə bu nömrəyə zəng edin

Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda martın 12-dən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, güclü küləyin əsəcəyi barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatını əsas tutaraq "Azəriqaz" İstehsalat Birliyi qaz təchizatında problemlərin yaşanmaması üçün müvafiq tədbirlərə başlayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə, ən qısa zamanda aradan qaldırılacaq. Müvafiq strukturlar üzrə əlavə işçi qüvvələrinin də xidmətə cəlb edilməsi gözlənilir.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.

Onu da qeyd edək ki, martın 12-də saat 14:00-da "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımda olacaq. Abonentlər onları maraqlandıran sualları baş direktora ünvanlaya bilərlər.

1news.az

Paylaş:
232

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər