PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən göstərilən investisiya xidmətləri | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən göstərilən investisiya xidmətləri

S.Xankişiyeva10:00 - 12 / 03 / 2021
PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən göstərilən investisiya xidmətləri

PAŞA Kapital İnvestisiya Şirkəti QSC (PAŞA Kapital və ya Şirkət) hüquqi və fiziki şəxslərə müxtəlif investisiya xidmətləri təklif edir. Şirkətin təqdim etdiyi investisiya xidmətləri müştərilərə kapital bazarına investisiya etməyə, həm də kapital bazarından investisiya cəlb etməyə imkan yaradır.

Kapital bazarına investisiya etmək üçün müştərilər Şirkətin vasitəçilik və marja ticarəti xidmətindən yararlana bilər. Hüquqi şəxslər üçün nəzərdə tutulmuş anderraytinq xidməti isə kapital bazarından orta və ya uzunmüddətli investisiyaların cəlb edilməsini təmin edir.

Vasitəçilik xidmətindən istifadə edən müştərilər Azərbaycan və xarici kapital bazarına buraxılmış pay və borc qiymətli kağızlarına investisiya və öz risklərini bazarda mövcud olan törəmə maliyyə alətləri ilə idarə etmək imkanı qazanır. Bəzi müştərilər müəyyən ticarət strategiyasından daha da çox bəhrələnmək üçün öz vəsaitləri ilə yanaşı Şirkətdən borca alınmış vəsaitlər hesabına müxtəlif investisiya alətləri ilə ticarət etmək barəsində düşünür. Şirkətin təqdim etdiyi marja ticarəti məs bu kateqoriya müştərilər üçün nəzərdə tutulmuşdur. Marja hesabı vasitəsi ilə ticarət edən müştərilər nəinki hər hansı maliyyə alətinin daha çox alınması üçün Şirkətdən borc vəsaiti cəlb edə, hətta müəyyən maliyyə alətlərinin özünün borca alınıb açıq bazarda qısa satılmasını (short selling) həyata keçirə bilərlər.

Qısa müddətə (1 ilə qədər) borca pul vəsaiti cəlb etmək və ya yerləşdirmək niyyətində olan müştərilər üçün Şirkət repo bazarına çıxış təklif edir. Bu bazarda hətta ən qısa müddətə (1, 2, 3 gün və s.) pul vəsaitlərini yerləşdirmək, həm də pul vəsaitlərini cəlb etmək mümkündür. Müəyyən valyutaların və ya əmtəələrin, habelə pay və borc qiymətli kağızılarının qiymət dəyişməsi riskindən sığortalanmaq üçün isə Şirkət öz müştərilərinə geniş çeşiddə hecinq alətləri təklif edir.

PAŞA Kapitalın qiymətli kağızlar bazarında əldə etdiyi 8 illik təcrübəsi, geniş maliyyə resursları və ən əsası peşəkar komandası müştərilərə yuxarıda göstərilən investisiya xidmətlərinin yüksək səviyyədə göstərilməsini təmin edir.

Paylaş:
586

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər