Prezident İlham Əliyev Daxili Qoşunların yeni hərbi hissəsinin açılışında iştirak edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Daxili Qoşunların yeni hərbi hissəsinin açılışında iştirak edib – FOTO – YENİLƏNİB

15:21 - 12 / 03 / 2021
Prezident İlham Əliyev Daxili Qoşunların yeni hərbi hissəsinin açılışında iştirak edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də - Daxili Qoşunların yaranması günündə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Nazir Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, hərbi hissədə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin yaxşılaşdırılması tədbirləri çərçivəsində qərargah və əsgər kazarması, yeməkxana, tibb, qarovul, texniki nəzarət, buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri avadanlıq və inventarla təchiz edilib. Mövcud binalar isə əsaslı təmir olunub. Hərbi hissədə mərkəzləşdirilmiş havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb.

Prezident, Ali Baş Komandan hərbi hissədə yeni inşa edilən qərargah, əsgər yataqxanası, tibb məntəqəsi və yeməkxana ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, əsgər və zabitlərin xidmət şəraitinin yaxşılaşdırılması onların döyüş qabiliyyətini artırmaqla bərabər, istənilən vəzifənin icrasına birbaşa təsir göstərən amillərdəndir.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və kütləvi iğtişaşların dağıdılmasında istifadə olunan texnikaya və komendant postlarına baxdı. Bu postlar işğaldan azad olunmuş ərazilərdə xidmət aparmaq üçün hazırlanıb.

Qeyd edək ki, Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edir. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Daxili Qoşunların xüsusi təyinatlıları vahid komandanlıq altında Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak ediblər. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin 2021-ci il 12 mart tarixli Sərəncamına əsasən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının iki hərbi qulluqçu “Vətən uğrunda”, üç nəfər “İgidliyə görə”, 7 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunması bunun əyani göstəricisidir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri kimi Daxili Qoşunlar şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsini həyata keçirməyə, ictimai asayişin mühafizəsinin, ictimai təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.

Hərbi hissə ilə tanışlıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların bütün şəxsi heyətini təbrik etdi.

12:28

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

Xəbər yenilənəcək.

1news.az

Paylaş:
513

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər