Nazir: “İşğaldan azad edilmiş 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırılması aparılıb” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: “İşğaldan azad edilmiş 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırılması aparılıb”

16:40 - 15 / 03 / 2021
Nazir: “İşğaldan azad edilmiş 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırılması aparılıb”

İşğaldan azad edilmiş 9 rayon üzrə 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb.

1news.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir: “Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma aparılacaq”.

1news.az

Paylaş:
393

Son xəbərlər

Gürcüstanda zəlzələ olub

25 / 07 / 2026, 18:03

Qızıl bahalaşdı

25 / 07 / 2026, 16:21
Bütün xəbərlər