Gürcüstanda bir neçə cinayət törədən şəxs Bakıda saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstanda bir neçə cinayət törədən şəxs Bakıda saxlanılıb - VİDEO

S.Xankişiyeva14:30 - 16 / 03 / 2021
Gürcüstanda bir neçə cinayət törədən şəxs Bakıda saxlanılıb - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin şəxs Gürcüstan Respublikasında müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Qeyd edilən faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar davam etdirilir.

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər