Baş nazir qiymət artımlarından danışdı
"Azərbaycan hökuməti qiymətlərin artması ilə bağlı məsələni daim nəzarətdə saxlayır və bu məsələ ilə məşğul olur" .
1news.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə illik fəaliyyətinə dair hesabatının müzakirəsi zaman deputatlar tərəfindən qaldırılan qiymət bahalaşmasına münasibət bildirərkən deyib.
Baş nazir qeyd edib ki, Antiinhisar Agentliyi tərəfindən qiymətlərlə bağlı gündəlik monitorinq aparılır.
“Bir çox hallarda bizdən asılı olmayan məsələlər var. Bizim ticarət tərəfdaşlarımız olan ölkələrdə qiymətlərdə dəyişiklik olanda biz buna təsir göstərə bilmirik".
Yanacağın qiymətinin artmasının qiymətlərə təsirindən danışan baş nazir bildirib ki, yanacağın bahalaşması ilə bağlı fermerlərə, ictimai nəqliyyata çalışan sahibkarlara subsidiyalar verilib.