“Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib

S.Xankişiyeva17:36 - 16 / 03 / 2021
“Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) təşkilatçılığı ilə “Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib. Vebinarda 40-dan artıq sahibkar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs, startap təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirdə İqtisadiyyat Nazirliyinin Sahikarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov ölkənin davamlı iqtisadi inkişafı və iqtisadi dayanıqlığın təmin olunmasında özəl sektorun rolunu vurğulayıb, sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmlərini qeyd edib, güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi istiqamətində SİF tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib. Vebinarda Fondun yeni strategiyası, həmçinin Fond tərəfindən təqdim olunan məhsul və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə Fond tərəfindən kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmləri tətbiq edilir. Bu fəaliyyətin şəffaf şəkildə və real vaxt rejimində həyata keçirilməsi üçün Elektron Kredit Platforması istifadəyə verilib.

Sonra vebinar iştirakçılarının sualları cavablandırıb, təkliflərini dinlənilib.

Qeyd edək ki, sahibkarlar arasında ictimai məlumatlılığın artırılması məqsədilə bu cür tədbirlərin təşkili davam etdiriləcək.

Paylaş:
349

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər