Kapital Bank-ın rəhbərliyi müharibə iştirakçıları ilə görüş keçirdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank-ın rəhbərliyi müharibə iştirakçıları ilə görüş keçirdi

S.Xankişiyeva10:30 - 16 / 03 / 2021
Kapital Bank-ın rəhbərliyi müharibə iştirakçıları ilə görüş keçirdi

Bildiyiniz kimi, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər.

44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.

Hər bir təşkilatda olduğu kimi ölkənin birinci bankı olan Kapital Bank-ın əməkdaşları da müharibədə iştirak edib, qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunması uğrunda mübarizə aparıb. Bayram ərəfəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin iştirakı ilə “Tarix Yazan Qəhrəmanlarımız” adlı tədbirdə Bankın 92 nəfər əməkdaşı iştirak edib.

Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev çıxış edərək igid əməkdaşlarımıza minnətdarlığını bildirdi. İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova və Pərakəndə satış idarəsinin baş direktoru Ramil İmamov da tədbir iştirakçılarını təşəkkürnamələr ilə təltif etdilər.

“Bu qələbəni qazanmaq üçün hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və lazım olan nəticəni əldə etdik. İndi biz bütöv, işğaldan azad olunmuş, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Bu, olduqca qürurverici və gözəl hissdir. Bildiyiniz kimi bizim elə filiallarımız var ki, işğal altında olan rayonlarımızın adını daşıyır. Lakin əfsuslar olsun ki, bu filiallar həmin rayonlarda deyil, məcburi köçkünlərin yerləşdiyi qəsəbələrdə, şəhərlərdə fəaliyyət göstərirdi. Artıq bankın filiallarının öz adları ilə azad olunmuş torpaqlarında fəaliyyət göstərmək vaxtı gəlib”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirdi.

Tədbirdə həmçinin müharibə zamanı qəhrəmancasına şəhid olan Kapital Bank-ın Nəzarət departamentinin əməkdaşı Fərhad Fərhadlının atası Vüqar Fərhadlı və şəhid İsmayıl Kərimlinin atası, Bankın İnzibati idarəetmə departamentinin direktor müavini Ceyhun Kərimov fəxri qonaq qismində iştirak edirdi.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
389

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər