Baş nazir ötən il pandemiya ilə bağlı səhiyyə xərclərini açıqladı
“Ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri 644 milyon manat təşkil edib”.
1news.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Koronavirusa Dəstək Fonduna toplanılan vəsaitdən danışan Baş nazir bildirilib ki, Koronavirusa Dəstək Fonduna 114 milyon manat toplanılıb:
“Fondun maliyyə vəsaiti hesabına vaksinlər alınıb ölkəmizə gətirilib. Bu günə qədər artıq 460 min nəfərə yaxın əhali vaksinasiya olunub”.
271