Hikmət Hacıyev: Azərbaycan UNESCO missiyasını qəbul etməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Azərbaycan UNESCO missiyasını qəbul etməyə hazırdır

S.Xankişiyeva14:15 - 17 / 03 / 2021
Hikmət Hacıyev: Azərbaycan UNESCO missiyasını qəbul etməyə hazırdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, 2021-ci ilin 15 fevral və 16 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESCO-nun Baş direktorunun ofisinin rəhbəri Nikolas Kassionides ilə video-konfrans formatında görüşlər keçirmişdir.

1news.az-ın verdiyi xəbərə görə, görüşlərdə Azərbaycanın “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə” 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə dəvət etdiyi UNESCO missiyası ilə bağlı müzakirələr aparılmışdır.

Azərbaycanın UNESCO ilə əməkdaşlığa böyük önəm verdiyini, konstruktiv dialoqa həmişə açıq olduğunu qeyd edən Hikmət Hacıyev sonuncu video-görüşdə işğaldan azad olunmuş Azərbaycan ərazilərində mədəni və dini abidələrə vurulmuş zərərin qiymətləndirilməsi üçün ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha ifadə etmişdir.

H.Hacıyev Ermənistanın 30 ilə yaxın işğal dövrü ərzində həmin ərazilərdə Azərbaycan xalqının mədəni və dini irsinə qarşı törətdiyi vandalizmin miqyasının dəhşətli olduğunu bildirmişdir.

Görüş əsnasında Prezidentin köməkçisi Azərbaycanın mədəni və dini abidələrin qorunması sahəsində nümunəvi təcrübəyə malik olduğunu, ölkəmizin beynəlxalq səviyyədə mədəni-dini abidələrin bərpasına töhfə verdiyini qeyd etmişdir.

O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə bu yaxınlarda Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin Vatikanda səfərdə olduğunu və səfər çərçivəsində Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalandığı haqqında məlumat vermişdir.

Paylaş:
354

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər