Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Şuşa şəhərinə səfərdən videogörüntülər paylaşıb – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Şuşa şəhərinə səfərdən videogörüntülər paylaşıb – VİDEO

S.Xankişiyeva09:08 - 17 / 03 / 2021
Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Şuşa şəhərinə səfərdən videogörüntülər paylaşıb – VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.

1news.az-ın verdiyi xəbərə görə, paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər