Əfv komissiyasının sonuncu iclası başa çatdı – YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Əfv komissiyasının sonuncu iclası başa çatdı – YENİLƏNİB

S.Xankişiyeva14:08 - 17 / 03 / 2021
Əfv komissiyasının sonuncu iclası başa çatdı – YENİLƏNİB

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb.

Trend-in məlumatına görə, bugünki iclasda əfvlə bağlı100-dən çox müraciətə baxılıb.

Komissiyanın 10 iclası keçirilib və ümumilikdə 1000-dən çox müraciətə baxılıb. Siyahının dövlət başçısına göndərilməsi nəzərdə tutulur.

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

11:23

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başlayıb.

APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasa komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.

09:17

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq.

Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər