Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTO

S.Xankişiyeva10:52 - 17 / 03 / 2021
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın martın 15-də işğaldan azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media orqanları səfərlə bağlı videomateriallar və fotolar təqdim ediblər. Hazırlanan informasiyalarda, həmçinin Prezident İlham Əliyevin çıxışındakı fikirlərə də da istinad edilib: “Mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq.”

Anadolu informasiya agentliyi, “CNN Türk”, “TRT Haber”, “A Haber”, “Haber Global” telekanalları, eləcə də “Sabah”, “Star” və s qəzetlərin saytları dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfərini geniş işıqlandırıb.

Paylaş:
326

Son xəbərlər

Bütün xəbərlər