Prezident İlham Əliyev Slovakiyanın xarici və Avropa işlər nazirini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Slovakiyanın xarici və Avropa işlər nazirini qəbul edib – YENİLƏNİB

S.Xankişiyeva13:00 - 17 / 03 / 2021
Prezident İlham Əliyev Slovakiyanın xarici və Avropa işlər nazirini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Slovakiyanın xarici və Avropa işlər naziri Bakıda sonuncu dəfə təxminən 20 il əvvəl olduğunu qeyd etdi, bu səfər zamanı paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Söhbət zamanı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinin dövlətlərarası münasibətlərdə aliliyi qeyd olundu.

12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Paylaş:
443

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər