Azərbaycan startapları mənfəət və gəlir vergilərindən azad olunacaq
Startap şəhadətnaməsi alan kiçik və orta biznes subyektləri 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergilərindən azad olunacaq.
1news.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Qeyd edək ki, sahibkarlar startap şəhadətnaməsinin əldə olunması üçün lazım olan sənədlərlə bağlı məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi internet saytından əldə edə bilərlər.
Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizmdə də startaplara dəstək nəzərdə tutulur. Belə ki, bu layihələrinin maliyyələşdirilməsi istiqamətlərinin alt sahələrində startaplara və innovativ sahibkarlara dəstək məqsədilə 20 min manatadək layihələrin maliyyələşdirilməsi qeyd olunub. Bu dəstək mexanizmlərdən yararlanaraq, onlar öz layihələrini maliyyələşdirə bilərlər.
1news.az