DTX-də işçilərin ştat sayının həddində dəyişiklik edildi - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

DTX-də işçilərin ştat sayının həddində dəyişiklik edildi - FƏRMAN

S.Xankişiyeva15:15 - 18 / 03 / 2021
DTX-də işçilərin ştat sayının həddində dəyişiklik edildi - FƏRMAN

Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və DTX-nin sisteminə işə götürülən işçilərin ştat sayının həddində dəyişiklik edilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə,bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Həmçinin fərmanla DTX-də ali hərbi rütbəli vəzifələrin siyahısında da dəyişiklik olunub.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər