Sağlamlıq imkanları məhdud uşaqlar üçün boccia məşqləri keçirildi - FOTO
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya hərəkatının boccia idman növü üzrə baş məşqçisi Vaqif Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosail Xidmətlər Agentliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmətlər müəssisəsində məşqlər keçirmişdir.
1news.az xəbər verir ki, məşqlərin məqsədi boccia idman növünün müəssisənin tədris proqramına daxil edilməsi və yerli məşqçilərin yetişdirilməsidir. Vaqif Bayramov qeyd etmişdir ki, bu addımla boccianın yalnız idman növü olaraq inkişafına deyil, tədris olunmasına da şərait yaradılır.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə olaraq boccia idman növünün fəaliyyəti bu müəssisədə başlamışdır.
1news.az