“Fitch” neftin qiyməti üzrə proqnozunu yüksəldib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Fitch” neftin qiyməti üzrə proqnozunu yüksəldib

10:31 - 18 / 03 / 2021
“Fitch” neftin qiyməti üzrə proqnozunu yüksəldib

"Fitch Ratings" beynəlxalq agentliyi "Brent" və WTI markalı neftin qiymətləri üzrə proqnozlarını yüksəldib.

1news.az agentliyə istinadən verdiyi məlumata görə, proqnozların yaxşılaşdırılması bazarda tələbatın gözləniləndən daha güclü bərpasını və "OPEC+"ın yeni dəstəkləyici hasilat siyasətini əks etdirir.

2021-ci il üçün "Brent" markalı neftin 1 barelinin qiymət proqnozu agentlik tərəfindən 45 ABŞ dollarından 58 dollara qədər yüksəldilib. Bu, neftə tələbatın gözləniləndən daha güclü olması, 2020-ci ilin ikinci yarısında baş verən iqtisadi bərpa, pandemiya ilə bağlı son məhdudiyyətlərin kifayət qədər kiçik təsiri və OPEC+"ın yeni dəstəkləyici hasilat siyasəti ilə əlaqədardır. Təsiredici amillərə həm də Səudiyyə Ərəbistanının könüllü şəkildə hasilatın azalması da daxildir. 2022-ci il üçün isə proqnoz 50 dollardan 53 dollaradək artırılıb.

WTI markalı neftin qiyməti üzrə gözləntilərə gəldikdə, "Fitch" 2021-ci il üzrə proqnozunu 42 dollardan 55 dollaradək, 2022-ci il üzrə isə 47 dollardan 50 dollaradək yüksəldib.

1news.az

Paylaş:
333

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər