Kapital Bank sahibkarlar üçün sərfəli şərtlərlə maliyyələşmə təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank sahibkarlar üçün sərfəli şərtlərlə maliyyələşmə təqdim edir

S.Xankişiyeva10:35 - 18 / 03 / 2021
Kapital Bank sahibkarlar üçün sərfəli şərtlərlə maliyyələşmə təqdim edir

Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir.

Bu dəfə Kapital Bank-a müraciət edən hüquqi şəxslər və sahibkarlar üçün Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə məhsullarını təqdim edir.

Bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir. Belə ki, Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı, satdığı malın dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış dəyərinin 90%-ə qədərini Kapital Bank tərəfindən dərhal ala bilir.

Təchizat öncəsi maliyyələşdirmə məhsulundan istifadə zamanı isə satıcı, alıcı ilə bağladığı müqavilə və ya ondan qəbul etdiyi alış sifarişi əsasında Kapital Bank-a müraciət etməklə, təchiz ediləcək mallar və ya görüləcək işlər üzrə öncədən maliyyələşmə əldə edə bilir.

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının üstünlüklərinə gəldikdə isə, əsas olaraq girov tələbinin olmadığını qeyd etmək olar. Bundan başqa satıcı biznesini davam etdirmək üçün satış dəyərinin 90%-ə qədərini Kapital Bank-dan əvvəlcədən alıb, daha rəqabətə davamlı məhsullar təklif etmək imkanına malik olur. Həmçinin bu məhsulun alıcıdan avans tələb etməməsi, məzənnə dəyişikliyi, inflyasiya və likvidlik risklərinin olmaması kimi üstünlükləri də vardır.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirilməsi məhsullarına müraciət etmək üçün qeyd edilən linkə - https://kbl.az/cbpcr, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
367

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər