Mikayıl Cabbarov Sahibkarlığın İnkişafı Fondunun strateji hədəflərini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov Sahibkarlığın İnkişafı Fondunun strateji hədəflərini açıqlayıb

15:42 - 19 / 03 / 2021
Mikayıl Cabbarov Sahibkarlığın İnkişafı Fondunun strateji hədəflərini açıqlayıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Sahibkarlığın İnkişafı Fondunun strateji hədəflərini açıqlayıb.

1news.az bildirir ki, bu barədə M.Cabbarov "Twitter" səhifəsində yazıb.

Nazir bildirib: "Sahibkarlığın İnkişafı Fondunun 2021-2023-cü illər üzrə strateji hədəfləri - sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi, innovativ texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılmasına və inkişafına dəstək, Fondun dayanıqlı inkişafının təmin edilməsidir".

1news.az

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər