ABŞ-ın yeni rəhbərliyi Azərbaycanla əməkdaşlığa hazırdır | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın yeni rəhbərliyi Azərbaycanla əməkdaşlığa hazırdır

16:01 - 19 / 03 / 2021
ABŞ-ın yeni rəhbərliyi Azərbaycanla əməkdaşlığa hazırdır

ABŞ Prezidenti Co Baydenin prezident İlham Əliyevə məktub göndərməsi və ölkə başçısının şəxsində Azərbaycan xalqının Novruz Bayramı münasibətilə təbrik etməsi hər şeydən öncə yeni ABŞ rəhbərliyinin ölkəmizə dost münasibətinin göstəricisidir.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

"Prezident Baydenin məktubunda ölkəmizlə əməkdaşlığa verilən önəm ondan xəbər verir ki, ABŞ rəhbərliyi bölgəmizdə faydalı qarşılıqlı əməkdaşlığın, eləcə də, sülhün və təhlükəsizliyin təmin edilməsində Azərbaycanı vacib tərəfdaş hesab edir və bundan sonra da bütün istiqamətlərdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindədir. Prezident Baydenin öz məktubunda ifadə etdiyi fikirlər onu deməyə əsas verir ki, Ermənistan siyasi dairələri və erməni diasporu növbəti dəfə öz əsassız ümidlərində yanılıb".

Deputat deyib: “Uzun bir dövr ərzində ABŞ da şəbəkələnərək kök salmış və Konqresinin bir sıra üzvlərinə ciddi təsir qüvvəsi əldə etmiş Amerikadakı erməni lobbisinin bu ölkənin yeni rəhbərliyi qarşısında diskreditasiya etmək cəhdləri iflasa uğrayıb. Co Baydenin Azərbaycan Prezidentinə göndərdiyi məktub bir daha göstərdi ki, ABŞ-ın Cənubi Qafqaz bölgəsində apardığı siyasət saxta faktlar əsasında uydurulmuş erməni demaqogiyasına yox, real siyasət zəmində praqmatik və uzaqgörən proqnozlara əsaslanır. Müasir beynəlxalq siyasətin qarşılıqlı faydalı, sülh və təhlükəsizlik prinsiplərinə əsaslanan əməkdaşlıq isə həm ABŞ-a, həm də Azərbaycana uzunmüddətli siyasi və iqtisadi dividendlər vəd edir. Ermənistanın siyasi dairələri də, nəhayət, mövcud siyasi reallıqlardan çıxış etməli, bölgəmizdə sülhün və təhlükəsizliyin inkişafına töhfə verməyə tələsməlidirlər”.

Paylaş:
329

Son xəbərlər

Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:36Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41
Bütün xəbərlər