Vüqar Rəhimzadə: ABŞ Azərbaycanı güclü, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi qiymətləndirir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: ABŞ Azərbaycanı güclü, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi qiymətləndirir

09:58 - 19 / 03 / 2021
Vüqar Rəhimzadə: ABŞ Azərbaycanı güclü, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi qiymətləndirir

“Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipi əsasında əlaqələr quran Azərbaycan Qərb ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir, münasibətlərin yeni prioritetlər əsasında inkişafına maraq göstərir. Bu baxımdan Azərbaycan-ABŞ münasibətləri xüsusi qeyd edilməlidir.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:

"ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubunda əksini tapan fikirlər iki ölkə arasında əlaqələrin bugünkü səviyyəsinə və perspektivlərə işıq salır. Məktubda da qeyd olunduğu kimi, bu yenilənmə çağı əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir”.

V.Rəhimzadə qeyd edib ki, regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu olan Azərbaycan daim beynəlxalq aləmin diqqətində olub: «Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi və siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilən, bugünkü reallıqlara yol açan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu «Əsrin müqaviləsi»nin imzalanmasına və icrasına ABŞ-ın dəstəyini daim yüksək dəyərləndirir. Regional çərçivəni aşan əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi artan nüfuzunun göstəricisidir. Artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin icrası uğurla başa çatıb. ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz-Xəzər dənizi regionunda sülhün və sabitliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın liderliyi ilə həyata keçirilmiş Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihədir. ABŞ Prezidenti təbrik məktubunda bu məqamı xüsusi qeyd edir ki, iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Eyni zamanda, məktubda bu fikir də əksini tapır ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır.»

Baş redaktor bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan addımlardan biri də 2001-ci ildə Birləşmiş Ştatlarda törədilən terror aktından sonra bu supergücün xarici siyasətində baş verən dəyişikliklər əsasında 1992-ci ildə Azərbaycana qarşı tətbiq edilən «Azadlığı Müdafiə Aktı»na 907-ci düzəlişin ədalətsizliyinin etirafı və fəaliyyətinin birillik dondurulması barədə qərarın qəbul edilməsidir: «Baxmayaraq ki, 2001-ci ildən ötən 20 ildə onun birdəfəlik ləğvi müşkülə çevrilib, amma hər il qərarın icrasının dondurulması ilə bağlı qəbul olunan qərar yenidən təsdiqlənir. Məlum olduğu kimi, ABŞ ermənilərin və erməni diasporunun daha güclü olduğu ölkələr sırasındandır. Şübhəsiz, ABŞ Konqresinin belə bir əsassız qərarı qəbul etməsində də erməni diasporunun rolu az olmamışdır. Lakin bugünümüzün reallıqları tamamilə başqa bir mənzərəni təqdim edir. Azərbaycan dünyanın yeni xarici siyasətinin müzakirə edilməsi üçün ideal məkan kimi qəbul olunur. Bu, dövlətimizin düşünülmüş və məqsədyönlü, eyni zamanda, beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin açıq və çoxşaxəli olmasından irəli gəlir.»

V.Rəhimzadə diqqəti Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərə yönəldərək bildirib ki, rəsmi Bakı daim münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyinə önəm verib: «30 ilə yaxın müddətdə Minsk qrupunun həmsədrlərinin Ermənistana dəstək funksiyasını yerinə yetirmələri, mandatlarının tələblərinin əksinə olaraq neytrallığı qorumamaları münaqişənin həlli prosesinin uzanmasına və sonda Azərbaycan xalqının səbir kasasının dolmasına səbəb oldu. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində münaqişə həllini tapdı, ərazi bütövlüyümüz bərpa olundu, ölkəmizin həyatında yeni dövr başladı. Amerika Prezidenti məktubunda «Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır» fikirləri ilə ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlandığına işarə edir.»

«Ümumilikdə Prezident Co Baydenin təbrik məktubu ABŞ-ın yeni Adminstrasiyasının Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, Amerika -Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını göstərir» söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi regionda və dünyada yeni reallıqlar yaradıb: «ABŞ yeni reallığı görür və bu reallıqlar çərçivəsində Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edir. Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. ABŞ Azərbaycanı güclü, dinamik inkişaf edən, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və qarşıya çıxan problemlərin həllinə əməli dəstək verən ölkə kimi qiymətləndirir. Ölkəmiz sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirir. COVID-19 pandemiyasına qarşı mübarizədə bir-birinə əks qütbləri bir araya gətirən Azərbaycan qlobal problemlərin həllində qlobal birlik, həmrəylik çağırışını etdi. Dövlətimizin başçısı İlham Əliyev prioritetləri açıqlayarkən xarici siyasətdə dəyişiklik olmayacağını bildirməklə bir daha Azərbaycanın dəyişməz, beynəlxalq hüquqa əsaslanan mövqeyini dünyaya çatdırır. Dövlətinin, xalqının gələcəyini düşünən, daim irəliyə baxan, ikitərəfli və çoxtərəfli münasibətlərdə ədalət prinsipini qoruyan, ən əsası siyasətində müstəqil olan Liderə nəinki ölkəsi daxilində, beynəlxalq miqyasda inam və etimad böyük olacaq. Birləşmiş Ştatlar Prezidentinin ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələyə yol açan məktubunda əksini tapan fikirlər də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri İlham Əliyevə olan yüksək münasibətinin aydın ifadəsidir».

1news.az

Paylaş:
279

Son xəbərlər

“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00
Bütün xəbərlər