Kapital Bank kiçik və orta sahibkarlara yeni imkanlar təklif edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank kiçik və orta sahibkarlara yeni imkanlar təklif edir

S.Xankişiyeva11:10 - 19 / 03 / 2021
Kapital Bank kiçik və orta sahibkarlara yeni imkanlar təklif edir

Kapital Bank mütəmadi olaraq kiçik və orta sahibkarlar üçün sərfəli tarif paketlərini və məsafədən xidmət keyfiyyətinin artırılması üçün rəqəmsal imkanlarını inkişaf etdirir.

Kapital Bank daha bir yeniliyə imza ataraq, tarif paketilərinin sifarişini banka gəlmədən, Müştəri Bankdan həyata keçirilməsi imkanını yaratdı.

Kapital Bank-ın tarif paketlərini əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 55% endirim almaq imkanına malikdirlər. Hazırda Kapital Bank öz müştərilərinə “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” paketlərini təqdim edir və sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini rahatlıqla seçim imkanına malikdirlər. Üstəlik, hazırda davam edən kampaniyamız çərçivəsində 30 aprel 2021-ci ilədək qadın sahibkarlarımız və təsisçisi və ya direktoru qadın olan şirkətlər yeni tarif paketimiz olan “Zərif” paketini əldə edə bilərlər.

Eyni zamanda, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn sahibkar hesablarının açılması, onlayn rejimdə biznes kart sifarişi və köçürmələri, əmək haqqı layihəsinə onlayn qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, ölkədaxili və ölkəxarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Tarif paketləri haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.

Reklam hüququnda

Paylaş:
437

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər