Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqqında qərar qəbul edib.
1news.az-ın xəbərində görə, bu barədə AMB-in məlumatında deyilir.
Uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb.
Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlar 30 aprel, 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.
Qeyd edək ki, 30 aprel, 30 iyul vә 29 oktyabr tarixlәrindә qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.
1news.az
488