Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar

S.Xankişiyeva12:54 - 19 / 03 / 2021
Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar

2021-ci il üçün birgə fəaliyyət planına əsasən, Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, şəxsi heyətin məişət şəraiti ilə tanışlıqdan sonra hərbi hissələrdə xidmət edən müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular ilə görüşlər keçirilib və hərbi qulluqçuların hüquqlarına dair suallar cavablandırılıb.

Sonda bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif olunub.

Paylaş:
355

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər