Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz bayramı münasibətilə sovqatlar göndərib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz bayramı münasibətilə sovqatlar göndərib – FOTO

S.Xankişiyeva14:23 - 20 / 03 / 2021
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz bayramı münasibətilə sovqatlar göndərib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları çatdırılıb.

AZƏRTAC xəbər verir ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu mütəmadi olaraq bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.

Ötən müddətdə respublika üzrə sosial yardıma ehtiyacı olan minlərlə ailəyə Yeni il, Novruz və Qurban bayramlarında sovqatlar çatdırılıb, onlar üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib.

Budəfəki Novruz bayramında isə respublika üzrə ümumilikdə 100 min ailəyə baş çəkilib, onlara Fondun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb.

Qeyd edək ki, sovqatların ailələrə çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri dəstəyi ilə həyata keçirilib.

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti sovqatların regionlara daşınmasına və paylanmasına dəstək verib.

Novruz bayramı münasibətilə ailələrə çatdırılan sovqata aşağıdakı ərzaqlar daxildir:

1 Çay (“Azərçay” və ya “Final” - 800 qr) 1 ədəd

2 Qənd (“Azərşəkər” və ya “Gülüm” - 800 qr) 2 ədəd

3 Şəkər tozu (“Richmond”, ''Azərşəkər” və ya “Evim” - 800 qr) 2 ədəd

4 Düyü (“Richmond” və ya “Domaşneye” - 800 qr) 3 ədəd

5 Bulqur (“Mizzo”, 800 qr) 1 ədəd

6 Makaron (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) 2 kq

7 Vermişel (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) 2 kq

8 Mərcimək (“Mizzo” - 800 qr) 1 ədəd

9 Günəbaxan yağı (“Evim”, “Final və ya Yurdum” - 1 lt) 1 ədəd

10 Əridilmiş yağ ("Ana bala” - 1,745 kq) 1 ədəd

11 Un (“Karmen”,“Doymak”, “Oman” və ya “Fellini”) 3 kq

12 Tomat pastası (“Blendo” - 275 qr) 1 ədəd

13 Duz (“Salute” - 1 kq) 1 ədəd

14 Konfet (“Karamelka”, “Estella”, “Assorti” və ya “Kometa” - 1 kq) 1 ədəd

15 Toyuq (“Mərcan” - 1,2–1,4 kq) 2 ədəd.

Paylaş:
359

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər