“Haber Global” telekanalı koronavirusa qarşı peyvəndin çatdırılmasında Azərbaycana qarşı ədalətsizlikdən geniş reportaj yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Haber Global” telekanalı koronavirusa qarşı peyvəndin çatdırılmasında Azərbaycana qarşı ədalətsizlikdən geniş reportaj yayıb

S.Xankişiyeva10:11 - 27 / 03 / 2021
“Haber Global” telekanalı koronavirusa qarşı peyvəndin çatdırılmasında Azərbaycana qarşı ədalətsizlikdən geniş reportaj yayıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı əsaslı mübarizə tədbirləri çoxşaxəli istiqamətdə davam etməkdədir.

Kütləvi ünsiyyətlərin qarşısını almaq üçün məhdudiyyətlər və peyvəndləmə bu tədbirlərin əsasını təşkil edir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, davamlı olaraq müxtəlif məsələlərdə ikili standartlara məruz qalan Azərbaycan koronavirusa qarşı peyvəndlərin alınmasında da böyük ayrı-seçkiliklə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, müxtəlif xarici media quruluşlarının diqqətində olan bu məsələ barədə “Haber Global” telekanalı da geniş reportaj hazırlayıb.

Reportajda diqqətə çatdırılır ki, COVAX çərçivəsində vaksinlər qeyri-ədalətli şəkildə, yalnız öz çevrələrində olan ölkələr arasında qeyri-bərabər şəkildə paylandı və bu proses hələ də davam edir.

İnformasının girişində məlumat ictimaiyyətə belə təqdim olunur: “COVAX çərçivəsində Cənubi Qafqaz bölgəsində artıq Gürcüstana “Biontech/Pfizer” peyvəndinin ilk partiyası çatdırılıb. Bu ölkə hələ martın 13-də “AstraZeneca” peyvəndini almışdı. Azərbaycana isə bu vaksinlərin heç birindən bir doza da olsa göndərilməyib”.

Bu mövzu ilə bağlı telekanal tərəfindən COVAX-a sorğu ünvanlanıb. Cavab isə qaneedici deyil: “Azərbaycana vəd edilən vaksin nəzərdə tutulan dozadan az sayda və qeyri-müəyyən tarixdə çatdırıla bilər”.

COVID-19 infeksiyası ilə mübarizədə Azərbaycanın apardığı mübarizə tədbirləri barədə geniş məlumat verilən reportajda, həmçinin koronavirusa qarşı vaksinin təkcə ölkəmizə deyil, ümumiyyətlə, dünyada ədalətsiz bölüşdülüməsi ilə bağlı Prezident İlham Əliyevin fikirləri də izləyicilərə çatdırılıb.

Paylaş:
233

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər